• Bakı 11° C

    2.89 m/s

  • USD - 1.7

    EUR - 1.9722

    RUB - 2.1656

Hindistanda iki basketbolçu dirəyin aşması nəticəsində həlak oldu

DÜNYA

27 Noyabr 2025 | 22:01

Hindistanda iki basketbolçu dirəyin aşması nəticəsində həlak oldu

Hindistanın Haryana ştatında iki gün ərzində 15 və 16 yaşlı iki yeniyetmə basketbol dirəyinin aşması nəticəsində həlak olub.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə "Times of India" nəşri məlumat yayıb.

Həlak olanlardan biri - 16 yaşlı Hardik Rathi ştatın gənclərdən ibarət yığma komandasının oyunçusu və milli yarışların mükafatçısı olub.

Hadisə onun topu səbətə saldıqdan sonra səbətdən tutmağa çalışdığı anda baş verib. Onun üzərinə 750 kiloqramlıq dirək aşıb. İdmançı dərhal xəstəxanaya çatdırılsa da, həyatını xilas etmək mümkün olmayıb.

Digər faciə isə 15 yaşlı Aman adlı basketbolçunun başına gəlib. O, stadionda məşq edərkən paslanmış basketbol dirəyi üzərinə aşıb. Yeniyetmə xəstəxanaya aparılsa da, dünyasını dəyişib.


SON XƏBƏRLƏR