• Bakı 10° C

    2.81 m/s

  • USD - 1.7

    EUR - 1.8652

    RUB - 2.0757

Hİzbullah İsrail hərbi bazasına onlarla raket atdı

DÜNYA

06 Yanvar 2024 | 23:25 | Müəllif: Qalib İbrahimoğlu

Hİzbullah İsrail hərbi bazasına onlarla raket atdı

Hizbullah yanvarın 6-da  İsrailin şimalındakı hərbi bazaya onlarla raket atdığını iddia edib.

Bakıvaxtı.az  "Lemonde.fr"ə istinadən xəbər verir ki, Livan şiə hərəkatı bu hücumu Beyrut yaxınlığında Həmas siyasi bürosunun rəsmisi Saleh Əl-Arurinin qətlinə verdiyi ilk cavab olaraq təqdim edir.

Hizbullahın bəyanatında deyilir :

"Ulu öndər Şeyx Saleh Əl-Arurinin öldürülməsinə ilkin cavab tədbirləri çərçivəsində İslam müqaviməti «Meron» hərbi radar müşahidə və hava nəzarət bazasını müxtəlif tipli 62 raketlə hədəfə alıb". 

Qeyd edək ki, İsrail çərşənbə axşamı axşam saatlarda İran tərəfdarı Hizbullahın qalası sayılan Beyrutun cənub ətraflarında Fələstin islamçı hərəkatının ofisinə zərbə vurub. Nəticədə Saleh Əl-Aruri, eləcə də daha altı Həmas rəsmisi və rəhbərləri qətl ediliblər.

Aydın Baxış


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

27 Noyabr 2026