Çin şirkəti "Huawei Technologies" 2800 dollarlıq üçqatlı "Huawei Mate XT"ni təqdim edib.
Bakıvaxtı.az "Reuters"ə istinadən xəbər verir ki, cihaz artıq 3,6 milyondan çox ilkin sifariş alıb.
"Mate XT" qırmızı və qara rənglərdədir. Cihaz 10,2 düymlük ekrana malikdir. Şirkətin məlumatına görə, Smartfon 3,6 mm qalınlığı ilə dünyanın ən nazik qatlana bilən telefonudur.
"Huawei"nin baş direktoru Riçard Yu bildirib ki, şirkət olaraq elmi fantastikanı reallığa çevirəcək və qatlanan cihazların yeni erasına rəhbərlik edək:
"Biz cəsarətlə qeyri-adi irəliləyişlər edirik. Bu gün biz bir daha sənayenin tarixini yenidən yazacağıq".
Qeyd edək ki, "Huawei" yeni smartfonunu "Apple"ın yeni "iPhone 16"nı təqdim etdikdən bir neçə saat sonra ictimaiyyətə təqdim edib. Hər iki smartfon sentyabrın 20-də satışa çıxarılacaq.
Gülşən Şərif