• Bakı 11° C

    5.19 m/s

  • USD - 1.7

    EUR - 1.8652

    RUB - 2.0757

İpoteka kreditləri ilə bağlı yeni qaydalar təklif edilir  – AÇIQLAMA 

İQTİSADİYYAT

19 Aprel 2021 | 13:04

İpoteka kreditləri ilə bağlı yeni qaydalar təklif edilir – AÇIQLAMA

Milli Məclisin deputatı Vüqar Bayramov səhiyyə işçilərinin sosial təminatının yaxşılaşdırılması üçün həkim və bütövlükdə tibb işçilərinə güzəştli ipoteka kreditlərinə müraciət hüququnun verilməsini təkli edib. 

“Əksər post-sovet ölkələrində də həkimlərin sosial proqramlarda iştirak hüququnun yaradıldığını nəzərə alsaq Azərbaycanda da oxşar imkanın təklif olunması məqsədəuyğundur. Digər tərəfdən, bu ildən Azərbaycanda icbari tibbi sığortanın tətbiqini də nəzərə alsaq həkimlərin və bütövlükdə tibb işçilərinin əmək haqqlarında artımların olacağı gözlənilir. Bu isə onlara güzəştli ipoteka kreditlərinə müraciət hüququ verilərsə, aşağı faizli və uzun müddətli kredit ilə mənzil problemlərini həll etmək imkanı yaradacaq.

O baxımdan təklif edirik ki, ən azı 3 il səhiyyə müəssisələrində tibb işçisi kimi çalışan şəxslərə güzəştli ipoteka kreditlərinə müraciət hüququ verilsin”,-deyə deputat bildirib.

İqtisadçı-ekspert Xalid Kərimli Bakivaxti.az-a bildirib ki, ipoteka kreditlərinin əlçatan olması üçün bu istiqamətdə ayrılan dövlət vəsaitlərinin məbləği artırılmalıdır və dövlət sosial təbəqənin hər bir üzvünün güzəştli ipoteka kreditindən yararlanması üçün şərait yaratmalıdır. 

“Onsuz da kommersiya təyinatlı ipoteka kreditini kommersiya bankları verməyə maraqlıdır və verirlər. Ona görə də, dövlət sosial təbəqənin hər bir üzvünün güzəştli ipoteka kreditindən yararlanması üçün imkan yaratmalıdır. Güzəştli ipoteka kreditlərinin şərtləri və faizləri hər kəs üçün eyni olmalıdır. Bir sistem olmalıdır”,-deyə X.Kərimli bildirib.

İqtisadçı qeyd edib ki, dövlətin verdiyi ipoteka kreditləri zatən güzəştli olmalıdır: “İpoteka kreditlərinin iki formaya ayrılması zənnimcə doğru deyil. Bildiyiniz kimi ipoteka kreditləri iki formadadır – adi və güzəştli. Güzəştli ipoteka kreditləri illik 4%-lə, ilkin ödəniş minimum 20% olmaqla, maksimum 30 il müddətinə verilir. Güzəştli ipoteka kreditlərinin maksimal məbləği 100 min manatdır. Adi, yəni standart kreditlər isə illik  8%, maksimal müddət 25 il və maksimum məbləğ 150 min manat olmaqla verilir”.

X.Kərimli bildirib ki, güzəştli ipoteka kreditləri hansısa təbəqəni əhatə etməməlidir: “İşçi və sosial təbəqəyə imtiyazların verilməsi də doğru deyil. Çünki bu başqalarına qarşı sosial ədalətsizlik yarada bilər.

Həmçinin, hesab edirəm ki, dövlət ümumiyyətlə 8 faizlik kredit faizindən imtina etməlidir. Dünya praktikasında ipoteka kreditləri əsasən 2 faiz ətrafındadır. Nəzərə alaq ki ipoteka kreditindən istifadə edənlər sonrakı proseslərdə həyat sığortası, əmlak sığortası kimi ödəmələr edəcəklər. Yəni faizlər yüksəlir. Dövlət 8 faizlik ipoteka kreditlərindən imtina etməlidir və hər kəs güzəştli kateqoriyadan istifadə etməlidir”.  

Ekspert vurğulayıb ki, ipoteka kreditlərinə əlçatanlıq azdır: “Bu istiqamətdə  ayrılan dövlət vəsaitlərinin məbləği artırılmalıdır ki ipoteka kreditlərindən istifadə insanlar üçün əlçatan olsun. Hazırda vəziyyət belədir ki, müraciət edənlərin əksəriyyəti 1 il gözləmək məcburiyyətində qalırlar. Onların ümidləri itir, şərtlər və şərait dəyişir. Burada digər məsələlər də ortaya çıxır”.

Ramid İbrahimov

Bakivaxti.az


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

28 Noyabr 2026