İsrailin İranın Dəməşqdəki konsulluğunun binasına təşkil etdiyi hava hücumunda ölənlərin sayı 13-ə çatıb.
Bakıvaxtı.az İran KİV-ə istinadən xəbər verir ki, hücumda 6 Suriya vətəndaşı, o cümlədən 7 İran vətəndaşı həyatını itirib.
Qeyd edək ki, aprelin 1-də İsrail Hərbi Hava Qüvvələri Dəməşqdə İran Konsulluğunun binasını raket atəşinə tutub.
Hücum nəticəsində İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) briqada generalı Muhəmməd Rza Zahedi, habelə onun müavini, SEPAH-ın generalı Muhəmməd Hadi Hacı Rəhimi və digər beş SEPAH hərbi müşaviri həlak olub.
Günəş Mərd