Dünən gecə saatlarında İsmayıllı rayonunda bıçaqlanma hadisəsi olub.
Bakıvaxtı.az xəbər verir ki, 31 yaşlı Mərhəmət Quliyev aralarında yaranan mübahisə zəminində 1985-ci il təvəllüdlü Namiq İbrahimova bıçaqla xəsarət yetirib.
DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan APA-ya bildirilib ki, faktla bağlı araşdırma başlanıb, izahatlar alınıb və xəsarətlə bağlı ekspertiza təyin olunub.




jpg-1719986196.webp)


jpg-1719984308.webp)








