• Bakı 9° C

    4.91 m/s

  • USD - 1.7

    EUR - 1.8652

    RUB - 2.0757

İsrailin XİN başçısı Tələvivdə səfirliyimizin açılmasından DANIŞDI

SİYASƏT

19 Aprel 2023 | 13:48

İsrailin XİN başçısı Tələvivdə səfirliyimizin açılmasından DANIŞDI

İsrail Dövlətinin xarici işlər naziri, Birgə Komissiyanın həmsədri Eli Kohen Azərbaycanın İsraildə səfirliyinin açılmasını yüksək qiymətləndirib.

Bakıvaxtı.az xəbər verir ki, İsrail XİN rəhbəri bu barədə bu gün Azərbaycan Prezidenti İlham Əliyevin qəbulunda olarkən bildirib. O, bunun ölkələrimiz arasında strateji əlaqələr qurulması işinə töhfə verəcəyinə ümidvarlığını qeyd edib.

İsrailin xarici işlər naziri səfirliyin açılmasına görə təşəkkürünü ifadə edib, İsrail ilə Azərbaycan arasındakı əlaqələrin strateji xarakter daşıdığını vurğulayıb. Qonaq dostluq münasibətlərimizin təkcə dövlətlərimiz arasında deyil, xalqlarımız arasında da mövcud olduğunu bildirib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

28 Noyabr 2026