• Bakı 26° C

    12.91 m/s

  • USD - 1.7

    EUR - 1.8459

    RUB - 0.02

İsveçdən Ukraynaya 7 milyonluq yardım

CƏMİYYƏT

24 Fevral 2024 | 11:24

İsveçdən Ukraynaya 7 milyonluq yardım

Stokholm Kiyevə humanitar yardım üçün 74 milyon kron (7,19 milyon dollar) ayıracaq.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə İsveç Beynəlxalq İnkişaf Agentliyinin (Sida) mətbuat xidməti məlumat yayıb.

Bəyanatda qeyd olunur: "Ukrayna bu vəsaiti Beynəlxalq Qızıl Xaç Komitəsinin xətti ilə alacaq. Ölkənin hakimiyyət orqanları səhiyyəni dəstəkləmək və əhalinin ərzaq, su, istilik və elektrik enerjisinə çıxışını təmin etmək üçün pul xərcləməlidir".

Sidanın humanitar yardım rəhbəri Yakob Vernermanın sözlərinə görə, hazırda Ukrayna vətəndaşlarının təxminən 40%-nin dəstəyə ehtiyacı var.

Qeyd edək ki, ötən il İsveç Beynəlxalq İnkişaf Agentliyi Kiyevə 233,4 milyon kron (22,68 milyon dollar) məbləğində humanitar yardım edib.

​​​​Günəş Mərd


SON XƏBƏRLƏR

26 Iyul 2024