• Bakı 9° C

    3.43 m/s

  • USD - 1.7

    EUR - 1.8652

    RUB - 2.0757

İtaliyada axtarışda olan mafiya üzvlərindən biri saxlanılıb

CƏMİYYƏT

05 Avqust 2021 | 14:35

İtaliyada axtarışda olan mafiya üzvlərindən biri saxlanılıb

İspaniya polisinin italiyalı polislərlə həyata keçirdiyi birgə əməliyyat nəticəsində İtaliyada axtarışanda olan “Ndrangeta” adlı mafiya qruplaşmasının üzvü tutulub

Bakıvaxtı.az TASS agentliyinə istinadən xəbər verir ki, bu barədə İspaniya hüquq-mühafizə orqanlarının press-relizində deyilib.

Məlumata görə, həbs Madriddə həyata keçirilib. Adı dəqiqləşdirilməyən şübhəli şəxs Portuqaliyaya məxsus saxta sənədlərlə İspaniya ərazisində olub. Həbs olunarkən onun üzərindən 6 mobil telefon və təxminən, 6 min avro götürülüb.

Qeyd edək ki, 2005-ci ildə o, 30 illik həbs cəzasına məhkum olunub. Lakin vəkilləri onun ekstradiyasından yayınmaq üçün İspaniya məhkəməsinin qərarından şikayət ediblər.

Aytac Aslan


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR