• Bakı 10° C

    4.76 m/s

  • USD - 1.7

    EUR - 1.8652

    RUB - 2.0757

Jirinovski hələ də xəstəxanadadır - Vəziyyəti ağırdır

DÜNYA

22 Fevral 2022 | 11:20

Jirinovski hələ də xəstəxanadadır - Vəziyyəti ağırdır

Fevralın əvvəlində koronavirusa yoluxduğundan xəstəxanaya yerləşdirilən Rusiya Liberal Demokrat Partiyası fraksiyasının rəhbəri Vladimir Jirinovskinin koronavirus testi mənfi çıxıb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə məlumatı “Mash” teleqram kanalı yayıb.

Bildirilir ki, rusiyalı siyasətçinin vəziyyəti ağır olaraq qiymətləndirilir. Onun ağciyərlərinin 50-75%-i zədələnib. Bununla yanaşı, Jirinovskidə ikitərəfli otit və orta dərəcəli anemiya qeydə alınıb.

Xatırladaq ki, bir müddət əvvəl Jirinovskinin Moskvada Mərkəzi Klinik Xəstəxanaya yerləşdirildiyi barədə məlumat yayılıb. 75 yaşlı siyasətçidə koronavirusun “Omicron” ştamı aşkar olunub. Onda ikitərəfli pnevmaniya qeydə alınıb.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

28 Noyabr 2026