• Bakı 26° C

    12.91 m/s

  • USD - 1.7

    EUR - 1.8459

    RUB - 0.02

“Kılıcdaroğlu millətçi kəsimin səsini almaq üçün oyun oynayır” - Politoloq

DÜNYA

25 May 2023 | 15:53

“Kılıcdaroğlu millətçi kəsimin səsini almaq üçün oyun oynayır” - Politoloq

Türkiyədə CHP tərəfdarları Azərbaycana qarşı kampaniya başlayıblar. Bəzi jurnalistlərin də qoşulduğu bu təhqir kampaniyası avtoritar düşüncənin məhsulu kimi xarakterizə olunur.

Politoloq Əhəd Məmmədli Bakıvaxtı.az-a açıqlamasında bildirib ki, CHP artıq marginal qrup səviyyəsinə enib. Onun sözlərinə görə, kim onlarla razı deyilsə, ortaya əks fikir qoyursa, ona qarşı təhqir kampaniyasına başlayırlar: “Məsələn, Sinan Oğanı misal gösərmək olar. Oğan Ərdoğanı dəstəkləmədiyi zaman onlar üçün çox yaxşı siyasətçi idi. Elə ki Ərdoğana dəstəyini açıqladı, təhqirlərə məruz qaldı, linç edildi. Yaxud Meral Akşener “Altılı masa”dan ayrılandan sonra təhqir olunmağa başladı, qayıdandan sonra isə hər şey düzəldi”.

Ə.Məmmədli qeyd edib ki, indi də Azərbaycana qarşı belə iyrənc formada kampaniya başlayıb: “Bayrağmızı da təhqir edirlər. CHP zehniyyəti tarix boyu Azərbaycana qarşı olub. Biz, bundan təəccübənməməli, sadəcə onları tanımağı, obyektiv qiymət verməyi bacarmalıyıq”.

Əhəd Məmmədli, politoloq

Seçkinin ikinci turuyla bağlı proqnozunu verən Əhəd Məmmədli hesab edir ki, hazırki prezident Rəcəb Tayyib Ədoğan qalib gələcək: “Baxmayaraq ki, “Altılı masa”nın lideri, CHP sədri Kılıcdaroğlu maksimum səs toplamaq istəyir”.

Politoloq bildirib ki, buna görə də millətçilərlə oyun oynamağa başlayıb, “Ata ittifaqı”ndan və bəzi ülkücülərdən səs almağa çalışır: “Bu səbəbdən də bəzi ülkücü təşkilatların rəhbərləri ilə görüşlər keçirir. Son zamanlar Zəngəzur dəhlizi ilə bağlı müsbət çıxış etdi və İranı tənqid etdi. Amma bunların hamısı bir oyundur və millətçi kəsimin səsini almağa hesablanıb. Eyni zamanda millətçilərə PKK-dan uzaq olduğunu göstərir, amma bununla milləti aldatmaq artıq mümkün deyil”.

Cavad


SON XƏBƏRLƏR

26 Iyul 2024