• Bakı 13° C

    6.65 m/s

  • USD - 1.7

    EUR - 1.8669

    RUB - 2.0809

Kişi voleybolçular arasında Azərbaycan çempionatı başladı

İDMAN

16 Noyabr 2023 | 22:10

Kişi voleybolçular arasında Azərbaycan çempionatı başladı

Voleybol üzrə kişilər arasında Azərbaycan çempionatında 2023/2024 mövsümü start götürüb.

Bakıvaxtı.az xəbər verir ki, Yüksək Liqanın ilk oyununda ötən mövsümün bürünc medalçı “Neftçi” və son çempion “Murov Az Terminal” klubları üz-üzə gəliblər. Maraqlı mübarizədə keçən bu görüşdə “Murov Az Terminal” rəqibini 3:1 (25:20, 21:25, 31:29, 25:17) hesabı ilə məğlub edib və ölkə birinciliyində ilk xallarını qazanıb.

Günün digər qarşılaşması “AZERRAIL” və MOİK komandaları arasında baş tutub. Rəqibindən daha üstün oyun nümayiş etdirən “AZERRAIL” meydandan quru hesablı (3:0) qələbə ilə ayrılıb.

Yüksək Liqa

16 noyabr

I tur

“Neftçi” - “Murov Az Terminal” 1:3 (20:25, 25:21, 29:31, 17:25)
“AZERRAIL” – MOİK 3:0 (25:15, 25:15, 25:16)


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR