• Bakı 11° C

    4.68 m/s

  • USD - 1.7

    EUR - 1.7694

    RUB - 1.6958

Kobaxidze: "Zurabişvili iqamətgahdan zorla çıxarıla bilər"

DÜNYA

27 Dekabr 2024 | 13:59

Kobaxidze: Zurabişvili iqamətgahdan zorla çıxarıla bilər

"Ümid edirəm ki, prezident Salome Zurabişvilini dekabrın 29-da səlahiyyət müddəti başa çatdıqdan sonra iqamətgahından zorla çıxarmaq və həbs etmək lazım olmayacaq".

Bakıvaxtı.az "İnterpressGe"yə istinadən xəbər verir ki, bunu Gürcüstanın baş naziri İrakli Kobaxidze deyib. 

Onun sözlərinə görə, Salome Zurabişvilini iqamətgahdan zorla çıxararaq cəzaçəkmə müəssisəsinə köçürmək çox pis mənzərə olacaq:

“Salome Zurabişviliyə və digər şəxslərə xəbərdarlıq etmək bizim borcumuzdur".

Qeyd edək ki, Gürcüstanın hazırkı prezidenti Salome Zurabişvilinin səlahiyyət müddəti dekabrın 29-da yeni prezident Mixeil Kavelaşvilinin andiçmə mərasimindən sonra başa çatır. Zurabişvili bəyan edir ki, oktyabrın 26-da keçirilən parlament seçkilərinin və müvafiq olaraq dekabrın 14-də Kavelaşvilinin seçkilər kollegiyası tərəfindən seçkilərinin nəticələrini tanımadığından ölkə prezidenti olaraq qalmaqda davam edəcək.

Gülşən Şərif


SON XƏBƏRLƏR

27 Dekabr 2024