• Bakı 24° C

    2.36 m/s

  • USD - 1.7

    EUR - 1.9343

    RUB - 2.1262

Körpəni motosikletdə apardılar - Araşdırma aparılır - VİDEO

CƏMİYYƏT

27 May 2025 | 17:02

Körpəni motosikletdə apardılar - Araşdırma aparılır - VİDEO

Ötən gün saat 19:00 radələrində Bakı Olimpiya Stadionunun yaxınlığından keçən motosikletdə 1 yaşlı uşağın da sərnişin qismində olması müşahidə edilib.

Bakıvaxtı.az xəbər verir ki, Baku.ws-ə istinadən xəbər verir ki, motosikletdə olan qızla oğlanın ortasında təxminən 1 yaşlı uşaq olub.

Hadisə şahidlərinin lentə aldığı görüntülərdə motosikletin yüksək sürətlə hərəkət etdiyi və uşağın heç bir qoruyucu vasitə olmadan valideynlərin arasında əyləşdirildiyi açıq şəkildə görünür.

Bakı Şəhər DYP İdarəsindən bildirilib ki, hazırda sosial şəbəkə seqmentlərində yayılmış videogörüntü ilə əlaqədar araşdırma aparılır:

“Mövcud qanunvericiliyin tələblərinə əsasən, adamların bu formada daşınması qadağandır və öz növbəsində inzibati məsuliyyət yaradır”.


SON XƏBƏRLƏR