Kremlin sözçüsü Dmitri Peskov ABŞ dövlət katibi Antoni Blinkenin Kiyevə səfəri zamanı Ukraynaya yeni yardım elan edə biləcəyi xəbərini dəyərləndirib.
Bakıvaxtı.az xarici mediaya istinadən xəbər verir ki, Peskov ABŞ-ın Kiyevə lazım olacağı qədər kömək etmək niyyətində olduğunu dəfələrlə eşitdiklərini qeyd edib. Onun sözlərinə görə, başqa sözlə, onlar faktiki olaraq müharibə aparan Ukraynanı dəstəkləməyə davam edəcək və son ukrayn qalana qədər kömək edəcəklər.
D.Peskov bildirib ki, bu yardımlar “xüsusi hərbi əməliyyata” təsir etməyəcək.
Ay Tac














