Küləkli hava şəraiti dekabrın 21-i gecə saatlarından mülayimləşəcək.
Bu barədə Bakıvaxtı.az-a Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən bildirilib.
Məlumata görə, səhər saatlarından yağıntıların tədricən kəsiləcəyi gözlənilir.
Gözlənilən şaxtalı hava şəraiti ilə əlaqədar gecə saatlarında dağlıq və dağətəyi rayonlarda yollar buz bağlayacaq.
















