• Bakı 8° C

    2.52 m/s

  • USD - 1.7

    EUR - 1.8631

    RUB - 2.0562

Lamiyə Vəliyeva finala növbəti dəfə vəsiqə qazandı

İDMAN

06 Sentyabr 2024 | 00:12 | Müəllif: Subhan Mahmudov

Lamiyə Vəliyeva finala növbəti dəfə vəsiqə qazandı

Paris-2024-də T13 kateqoriyasında 100 m məsafəyə qaçış üzrə dünya rekordunu (11.76) yeniləyərək qızıl medal qazanan paraatletimiz Lamiyə Vəliyeva bu gün növbəti məsafədə mübarizə aparıb.

Bakıvatı.az xəbər verir ki, idmançımız bu dəfə Tokio-2020 paralimpiya oyunlarında qızıl medal əldə etdiyi 400 m məsafədə özünü sınayıb.

Təmsilçimiz 56,51 saniyəlik nəticə ilə təsnifat mərhələsini 2-ci pillədə başa vurub. Bu növ üzrə final mərhələsi sentyabrın 7-də baş tutacaq.
Qeyd edək ki, paralimpiyaçılarımız Paris-2024-də 3 qızıl, 1 gümüş və 3 bürünc müdal qazanıblar.
 


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

27 Noyabr 2026