• Bakı 24° C

    4.65 m/s

  • USD - 1.7

    EUR - 1.8227

    RUB - 0.0185

Lerikdə 3 ailə qidadan zəhərləndi - YENİLƏNİB

HADİSƏ

27 Mart 2024 | 14:21

Lerikdə 3 ailə qidadan zəhərləndi - YENİLƏNİB

Lerik rayonunda kütləvi zəhərlənmənin sanitar-gigiyenik norma və tələblər gözlənilmədən istehsal olunan qidadan baş verdiyi ehtimal olunur.

Bu barədə Bakıvaxtı.az-a Azərbaycan Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) bildirilib.

"İlkin araşdırmalar nəticəsində məlum olub ki, sanitar-gigiyenik norma və tələblər gözlənilmədən, o cümlədən saxlama şəraitinə və temperatur rejiminə əməl olunmadan açıq hava şəraitində həmin şəxslər tərəfindən istehlak üçün hazırlanmış qida məhsullarını qəbul etdikdən sonra tibbi yardıma müraciət olunub", - qurumdan qeyd olunub.

Bildirilib ki, hazırda zərərçəkənlərin sağlamlığı normaldır. Agentliyin mütəxəssisləri tərəfindən müvafiq qurumlarla birgə araşdırmalar davam etdirilir: "Araşdırmaların nəticəsi barədə əlavə məlumat veriləcək".

***

12:35

Martın 27-də saat 06:00-da zəhərlənmə şübhəsi ilə bağlı 11 nəfər Lənkəran Rayon Mərkəzi Xəstəxanasının Təcili yardım şöbəsinə gətirilib.

Bu barədə Bakıvaxtı.az-a TƏBİB-dən bildirilib.

Məlumata görə, həmin şəxslərə zəruri ilkin tibbi xidmətlər göstərilib, analiz nümunələri götürülüb. Vəziyyətlərinə uyğun olaraq ambulator müalicə üçün evə buraxılıblar.

***

12:35

Lerikdə istirahət mərkəzlərinin birində 11 nəfər zəhərlənib.

Bakıvaxtı.az xəbər verir ki, zəhərlənənlərdən 6-sı azyaşlıdır.

Bakı şəhər sakinləri olan həmin şəxslər Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Xəstəxanadan verilən məlumata görə, onlar 3 ailənin üzvləridir. İlkin ehtimala görə, zəhərlənən şəxslər özləri ilə gətirdikləri ərzaqdan zəhərləniblər. Onlara ilkin tibbi yardım göstərilib.

Zəhərlənən şəxslərin adlarını təqdim edirik:

1992 – ci il təvəllüdlü Nihat Elman oğlu Xəlilzadə

1991 – ci il təvəllüdlü Firuzə Polad qızı Xəlilzadə

2018 – ci il təvəllüdlü Elman Nihat oğlu Xəlilzadə

2014 – cü il təvəllüdlü Mədinə Nihat qızı Xəlilzadə

1993 – cü il təvəllüdlü Arzu Ələskər qızı Hənifəyeva

1990 – cı il təvəllüdlü Səbinə Canbulaq qızı Hənifəyeva

2020 – cı il təvəllüdlü Milay Cavid qızı Hənifəyeva

2016 – cı il təvəllüdlü Elnur Cavid oğlu Hənifəyev

1987 – ci il təvəllüdlü Cavid Canbulaq oğlu Hənifəyev

2012 – ci il təvəllüdlü Könül Elçin qızı Cənnətalıyeva

2018 – ci il təvəllüdlü Yusif Elçin oğlu Cənnətalıyevə.


SON XƏBƏRLƏR

26 Aprel 2024