Elazığda 20 ağır, 517 yüngül zədələnmiş bina, Malatyada isə 18 yüngül zədələnmiş bina müəyyən edilib.
Bakıvaxtı.az "Milliyet"ə istinadən xəbər verir ki, bu barədə Ətraf Mühit, Şəhərsalma və İqlim Dəyişikliyi naziri Murat Kurum məlumat verib.
O, bildirib ki, zərərin qiymətləndirilməsi ilə bağlı araşdırmalar ən qısa zamanda başa çatdıracaq və bütün lazımi addımlar atılacaq:
"Bu gündən etibarən Ekologiya, Şəhərsalma və İqlim Dəyişiklikləri Nazirliyinin Malatyada Tikinti İşləri Baş İdarəsinə bağlı 25 qrup və Elazığda 27 qrup ilə zərər qiymətləndirmə işləri davam edir. İki əyalətdə 1211 hesabat qiymətləndirilib".
Qeyd edək ki, ötən gün Malatyanın Kale rayonunda 5,9 bal gücündə zəlzələ baş verib. İlkin məlumata görə, 3 binada qismən çökmə baş vermişdi.
Gülşən Şərif














