• Bakı 27° C

    4.2 m/s

  • USD - 1.7

    EUR - 1.9459

    RUB - 2.1915

Rusiyada güclü zəlzələ

DÜNYA

16 Noyabr 2024 | 10:13

Rusiyada güclü zəlzələ

Rusiyanın İrkutsk vilayətində 5.3 bal gücündə zəlzələ baş verib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə İrkutsk vilayəti üzrə Fövqəladə Hallar Nazirliyinin Baş İdarəsinin Mətbuat Xidməti məlumat yayıb.

Bildirilir ki, seysmik hadisə Slyudyanka rayonunda, Buryatiya Respublikasının Vıdrino yaşayış məntəqəsindən 32 km məsafədə qeydə alınıb.

"Episentrdə intensivlik 5.3 bal təşkil edib. Dağıntı və xəsarət alanlar yoxdur", - deyə məlumatda qeyd olunub.

Qurum bildirib ki, Baykalsk, İrkutsk, Slyudyanka, Şelexovda təkanlar 2-3 bal gücündə hiss olunub.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

03 Iyul 2026