Bakıvaxtı.az xəbər verir ki, Malayziyanın xarici işlər naziri Hişamuddin Hüseyn Türkiyənin müxtəlif bölgələrində baş verən meşə yanğınlarında həyatını itirənlərə başsağlığı verib.
Sosial media hesabında paylaşım edən Hişamuddin Hüseyin, "Malayziya əziz qardaşım Mövlud Çavuşoğlunun məmləkəti olan Türkiyə və Antalyada baş verən meşə yanğınları nəticəsində həyatını itirənlərə görə səmimi başsağlığı verir" deyib.
Həmçinin, Hişamuddin Hüseyn, "Bu çətin günlərdə dualarımız Türk hökuməti və xalqı ilə birlikdədir" deyib.
Aytac Aslan















