• Bakı 18° C

    4.97 m/s

  • USD - 1.7

    EUR - 1.8981

    RUB - 0.0184

Medvedev: "Yeni sanksiyalarda qorxulu heç nə yoxdur"

SİYASƏT

25 Iyun 2024 | 13:07

Medvedev: Yeni sanksiyalarda qorxulu heç nə yoxdur

"Avropa İttifaqının Rusiyaya qarşı yeni 14-cü sanksiyalar paketində qorxulu heç nə olmasa da, məhdudiyyətlər getdikcə daha çox aldadıcı xarakter alır". 

Bakıvaxtı.az xəbər verir ki, bu sözləri Rusiya Federasiyası Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev  "Telegram" hesabında paylaşıb.

O, bildirib ki, Rusiya üzləşdiyi çətinliklərin öhdəsindən gələcək. Lakin Rusiya baş verənləri nə bağışlayacaq, nə də unutacaq:

"Bizim yaxşı yaddaşımız var. Biz xalqımıza zərər vermək niyyətini cavabsız qoymayacağıq. İstənilən növ sanksiyalar hakimiyyətə deyil, insanlara və biznesə zərbə vurur. Biz bu maraqlarımıza qəsd halını diqqətlə qeydə alacağıq və yaxın gələcəkdə düşmən ölkələrə təkcə iqtisadi deyil, tələblərimizi təqdim edəcəyik. Bunu çox ağır ödəməli olacaqsınız, - deyə Medvedev vurğulayıb. 

Avropa İttifaqı hakimiyyətinin darıxdırıcı və qeyri-kreativ şəkildə fəaliyyət göstərdiyini bildirən Medvedevin fikrincə, Aİ üzv ölkələrin və onların vətəndaşlarının suveren maraqlarını qurban verməyə hazırdır. 

Gülşən Şərif


SON XƏBƏRLƏR

28 Sentyabr 2024