Məhəmməd peyğəmbər karikaturasının müəllifi, isveçli yazar Lars Vilks və onun mühafizəçisi olan iki polis əməkdaşı bazar günü, İsveçin cənubundakı Krunuberq əyalətinin Markaryud kəndi yaxınlığındakı E4 magistralında yük maşını ilə toqquşma nəticəsində ölüb.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə SVT telekanalı məlumat yayıb.
Onun sözlərinə görə, toqquşma nəticəsində hər iki avtomobil yanıb, yük maşını sürücüsü də ağır yaralanıb. Qəzanın necə baş verdiyi barədə hələlik məlumat yoxdur. Yük maşını sürücüsü xəstəxanada dindirilib.
2007-ci ilin noyabrında rəsm İsveçin Nerikes Allehanda qəzetində dərc olundu. Nəşr dünyanın bir çox ölkələrində müsəlmanların qəzəbinə səbəb olub.
O vaxtdan bəri karikaturaçı polisin himayəsi altında yaşayır.
Tərcümə şöbəsi
Bakıvaxtı.az
















