Meksikada təyyarəni qaçırmaq cəhdinin qarşısı kabin heyəti və sərnişinlər tərəfindən alınıb.
Bakıvaxtı.az xarici mediaya istinadla xəbər verir ki, təyyarəni qaçırmağa cəhd edən şəxs ABŞ-yə enmək istəyib.
Belə ki, Ölkənin aparıcı aviaşirkətlərindən biri olan Volaris, həyat yoldaşı və iki uşağı ilə daxili reyslə səyahət edən 31 yaşlı bir sərnişinin təyyarəni zorla ABŞ-yə yönləndirməyə çalışdığını açıqlayıb.
Bildirilib ki, Meksikanın mərkəzindəki El Bajio bölgəsindən Aşağı Kaliforniya ştatının Tixuana şəhərinə uçan təyyarənin sərnişini kabin xidmətçisinə hücum edərək kabinəyə girməyə cəhd edib.
Sərnişinin təyyarəni zorla ABŞ-yə yönləndirmək cəhdinin qarşısı kabin heyəti və sərnişinlər tərəfindən alınıb.
Əli Hüseynov