• Bakı 10° C

    2.85 m/s

  • USD - 1.7

    EUR - 1.8652

    RUB - 2.0757

Mərkəzi Nəbatat Bağında iməclik keçirilib - FOTOLAR 

CƏMİYYƏT

28 Fevral 2022 | 09:31

Mərkəzi Nəbatat Bağında iməclik keçirilib - FOTOLAR

Bakı Şəhər İcra Hakimiyyəti təşkilatçılığı ilə Bakı Şəhər İcra Hakimiyyətinin, Yaşıllaşdırma Təsərrüfatı Birliyi, kommunal xidmətlərin və struktura daxil olan digər qurumların 400 nəfərdən çox əməkdaşının iştirakı ilə Mərkəzi Nəbatat Bağının ərazisində geniş iməclik keçirilib. 

Bakıvaxtı.az xəbər verir ki, iməclik zamanı parkda 4 ha ərazidə on illərlə baxımsız qaldığından ağacların dibinə yığılaraq yanğın təhlükəsi yaradan və ciddi təhlükə mənbəyinə çevrilən iynəyarpaqlı ağacların iynələri, qurumuş budaqları və xəzəl yarpaqları təmizlənib və parkdakı ağacların dibi bellənib. Birliyin əməkdaşları mövcud ağacların qurumuş hissələrini budayıb, tam qurumuş ağaclar çıxarılıb, ərazidə digər təmizlik və abadlıq işləri görülüb. Qurumuş ağacların yerinə mövsüm ərzində yeniləri əkiləcəkdir.

Keçirilən iməclik Nəbatat bağında təmizlik-abadlıq, ekoloji tarazlığın bərpası, buradakı ağac, kol və digər bitkilərin qorunaraq inkişafı istiqamətində görülən işlərin bir hissəsidir.

Qeyd edilməlidir ki, 1934-cü ildə Azərbaycan florasından olan bitki növlərinin və genofondunun qorunması məqsədi ilə yaradılmış bu bağ elmi-tədqiqat müəssisəsi kimi fəaliyyət göstərib. Nəbatət bağında 2500-dən artıq ağac, kol, ot bitkiləri və s. və müxtəlif növlü ağacları vardır, burada 130-a yaxın nadir bitki qorunur. Ötən ay Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafiq Qərarı ilə “Mərkəzi Nəbatat Bağı” publik hüquqi şəxs kimi Bakı Şəhər İcra Hakimiyyətinin tabeliyinə verilib.

Ramid İbrahimov


Mərkəzi Nəbatat Bağında iməclik keçirilib - FOTOLARMərkəzi Nəbatat Bağında iməclik keçirilib - FOTOLAR
Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

27 Noyabr 2026