• Bakı 8° C

    1.81 m/s

  • USD - 1.7

    EUR - 1.8631

    RUB - 2.0562

Məşhur uşaq qidasında siçan zəhəri aşkarlanıb

CƏMİYYƏT

20 Aprel 2026 | 08:51 | Müəllif: Əli Hüseynov

Məşhur uşaq qidasında siçan zəhəri aşkarlanıb

Avstriyada məşhur "Hipp" markalı uşaq qidası bankalarında siçan zəhəri tapılıb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə "CBC News" Avstriya polisinə istinadən məlumat yayıb.

Polisin məlumatına görə, Burgenland federal torpağında yerləşən yaşayış məntəqəsində bir alıcı mağazadan şübhəli keyfiyyətə malik tərəvəz püresi alıb. Onun sözlərinə görə, banka artıq açılmış vəziyyətdə olub. Aparılan laborator analizlər nəticəsində bankaların tərkibində siçan zəhəri aşkarlanıb.

Bildirilir ki, həmin bankaların alt hissəsində qırmızı dairə şəklində nişan olub və qapaqlarının qoruyucu plombu zədələnib.

Market rəhbərliyi dərhal bu markaya məxsus məhsulları təkcə Avstriyada deyil, həm də Sloveniya, Macarıstan, Xorvatiya və İtaliyadakı 1 500 supermarketdən geri çağırıb.

"Hipp" şirkəti də uşaq qidası bankalarında zəhərli maddənin izlərinin aşkarlandığını təsdiqləyib. İstehsalçı bildirib ki, hadisə Avstriyada "kənar cinayət müdaxiləsi" nəticəsində baş vermiş ola bilər və bu məhsuldan istifadə etməməyə çağırıb.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

27 Noyabr 2026