• Bakı 18° C

    7 m/s

  • USD - 1.7

    EUR - 1.8198

    RUB - 0.0182

Mesut Özil karyerasını başa vurdu

İDMAN

22 Mart 2023 | 15:51

Mesut Özil karyerasını başa vurdu

Almaniya millisinin sabiq futbolçusu Mesut Özil karyerasını başa vurduğunu açıqlayıb.

Bakıvaxtı.az xəbər verir ki, 35 yaşlı yarımmüdafiəçi bu barədə rəsmi tvitter hesabında paylaşım edib.

Təcrübəli oyunçu 17 illik karyerasını sonlandırdığını yazıb.

Qeyd edək ki, Mesut Özil Türkiyədə "Başakşehir", "Fənərbağça", Almaniya "Şalke", "Verder" İspaniyada "Real Madrid", İngiltərədə "Arsenal" kimi klubların formasını geyinib.

O, 2014-cü ildə Almaniya yığması ilə dünya çempionu olub.


SON XƏBƏRLƏR

24 Aprel 2024