• Bakı C

    6.69 m/s

  • USD - 1.7

    EUR - 1.7666

    RUB - 1.5962

Yeni virus təhlükəlidirmi?

DÜNYA

07 Yanvar 2025 | 09:12

Yeni virus təhlükəlidirmi?

Son həftələrdə Çin və Malayziyada yayılan insan metapnevmovirusu (HMPV) insanlar üçün yüksək təhlükə təşkil etmir.

Bakıvaxtı.az TASS-a istinadən xəbər verir ki, bu barədə CAR-ın Milli Yoluxucu Xəstəliklər İnstitutu (MYXİ) məlumat yayıb.

“HMPV respirator virusunun geniş yayılması təhlükəsi ilə bağlı təşvişə düşmək üçün heç bir səbəb yoxdur. Bununla belə, CAR-ın tibbi qurumları hazırda HMPV ilə yoluxanların ən çox olduğu Çin və Malayziyada epidemioloji vəziyyəti diqqətlə izləyir”, – Cənubi Afrika alimləri yerli EWN radio stansiyasına bildirib.

MYXİ-nin bir şöbəsinin rəhbəri Şeril Koen yaxın vaxtlarda dünyada HMPV ilə xəstələnənlərin sayının arta biləcəyini istisna etməyib. “Mütəxəssislərdə olan bütün məlumatlar göstərir ki, bu respirator xəstəliyə yol açan viruslar Şimal yarımkürəsində qış mövsümündə aktivləşən ən tipik mövsümi viruslara aiddir. Məncə, dünyada pandemiyanın yaranacağından və ya HMPV-nin mutasiyaya uğrayıb daha aqressiv olacağından qorxmağa əsas yoxdur”, – o qeyd edib.

CAR-ın respirator xəstəliklər sahəsində aparıcı mütəxəssislərindən biri olan Tulio de Oliveyra da bu nəticə ilə razılaşır: “Çində HMPV-nin hazırkı alovlanması təşvişə səbəb olmamalıdır. COVID-19 ilə oxşarlığına baxmayaraq, metapnevmovirus adi qripdən daha az təhlükəlidir. HMPV dünya üçün ciddi təhlükə təşkil etmir”.

“Metapnevmovirus elm aləminə məlumdur və bütün dünyada rast gəlinir. İnsan orqanizminə düşdükdə HMPV tənəffüs yollarının iltihabına, öskürəyə və üşütməyə səbəb olur. Bəzi hallarda o, bronxit və pnevmoniyaya səbəb ola bilər. HMPV-yə ən çox uşaqlar və yaşlı insanlar məruz qalır”, – o deyib.


SON XƏBƏRLƏR

07 Yanvar 2025