• Bakı 17° C

    3.04 m/s

  • USD - 1.7

    EUR - 1.8238

    RUB - 0.0183

“Milan” “Sassuolo” oyununda altı qol vurulub

İDMAN

14 Aprel 2024 | 21:50

“Milan” “Sassuolo” oyununda altı qol vurulub

“Milan” futbol üzrə İtaliya çempionatının 32-ci turu çərçivəsində səfərdə “Sassuolo” ilə heç-heçə edib.

Bakıvaxtı.az xəbər verir ki, görüş 3:3 hesabı ilə başa çatıb. Meydan sahiblərinin heyətində Armand Loryante dubl edib, həmçinin, Andrea Pinamonti də fərqlənib. Qonaqların qollarını Luka Yoviç, Rafael Leau və Noa Okafor vurub. Stefano Piolinin rəhbərlik etdiyi komanda matçda iki top fərqi ilə uduzmağa doğru gedib.

Milanlılar 69 xal toplayıb və A Seriyasının turnir cədvəlində ikinci, “Sassuolo” isə (26) 19-cu yerdədir.


SON XƏBƏRLƏR