• Bakı 9° C

    2.06 m/s

  • USD - 1.7

    EUR - 1.8631

    RUB - 2.0562

Mingəçevirdə avtomobil dəmiryol keçidinə yaxın dirəyə çırpıldı - Sürücü öldü

HADİSƏ

27 Mart 2024 | 09:33

Mingəçevirdə avtomobil dəmiryol keçidinə yaxın dirəyə çırpıldı - Sürücü öldü

Bu gün saat 00:26 radələrində Mingəçevir ərazisində 99-DZ-700 dövlət nömrə nişanlı “Audi” markalı maşın yüksək sürətlə hərəkətdə olarkən sürücü idarəetməni itirib və dəmiryol keçidinin yaxınlığında təmas xəttinin dirəyinə çırpılıb.

“Azərbaycan Dəmir Yolları” QSC-dən (ADY) Bakıvaxtı.az-a verilən məlumata görə, baş vermiş qəza nəticəsində sürücü vəfat edib.

    “ADY bir daha nəqliyyat vasitələri sürücülərini dəmiryol keçidlərinə yaxınlaşarkən sürət həddini aşağı salmağa, yüksək sayıqlıq göstərməyə çağırır”, - məlumatda qeyd olunub.


    Batıgöz reklamMedia İnkişaf

    SON XƏBƏRLƏR