Sakinlər üfunət, həşəratların əlindən bloklara girib-çıxmağın mümkün olmadığını deyirlər.
Bakıvaxtı.az-ın xezerxeber.az-a istinadən məlumatına görə, Mingəçevirdə Təbriz küçəsi 3 ünvanında yerləşən beşmərtəbəli binanın zirzəmisi çirkab suların içindədir.
Binada yaşayanlar bildirirlər ki, aidiyyəti quruma vaxtında ödəniş etsələr də, keyfiyyətli xidmət görmürlər.
Beşmərtəbəli bina 40 mənzildən ibarətdir. Göz önündə olan problemlə bağlı aidiyyəti qurumlar dəfələrlə məlumatlandırılsa da, illərdir vəziyyət dəyişməz olaraq qalır.
Mingəçevir Sukanal İdarəsinin rəisi Samir Əliyevin sözlərinə görə, həmin ərazidə dövlət proqramına əsasən su və kanalizasiya xətlərinin yenidən qurulması işləri aparılır.
Su xətlərinin işləri tamamlanıb. Kanalizasiya xətlərində isə işlər başa çatmayıb. Buna baxmayaraq, sözügedən ünvana baxış keçiriləcək və sakinlərin probleminin həlli üçün addımlar atılacaq.
Ətraflı süjetdə: