• Bakı 21° C

    1.03 m/s

  • USD - 1.7

    EUR - 1.9776

    RUB - 1.9766

MM bu sazişi təsdiqləyəcək - YENİLƏNİB

CƏMİYYƏT

19 Sentyabr 2022 | 12:49

MM bu sazişi təsdiqləyəcək - YENİLƏNİB

Azərbaycanla İsrail arasında hava əlaqələri ilə bağlı saziş Milli Məclisin plenar iclasına tövsiyə olunub.

Bakıvaxtı.az xəbər verir ki, “Azərbaycan Respublikası Hökuməti ilə İsrail Dövləti Hökuməti arasında hava əlaqəsi haqqında” Sazişin təsdiq edilməsi barədə qanun layihəsi parlamentin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında müzakirə edilib.

Sənəd barədə komitə sədri Tahir Mirkişili məlumat verib. O bildirib ki, Sazişə əsasən, bir tərəfin dövlətinin ərazisindən birbaşa tranzitlə keçən və bu məqsədlə hava limanında ayrılmış sahəni tərk etməyən sərnişinlər, baqaj və yük aviasiya təhlükəsizliyi tədbirləri istisna olmaqla, yalnız sadələşdirilmiş nəzarətdən keçəcəklər və mülki aviasiyanın təhlükəsizliyinə qarşı hər hansı digər təhlükənin qarşısının alınması üçün müraciət əsasında bir-birinə bütün lazımi yardımı göstərəcəklər.

Müzakirələrdən sonra sənəd parlamentin plenar iclasına tövsiyə edilib.

11:19

Milli Məclis Azərbaycanla İsrail arasında hava əlaqələri ilə bağlı sazişi təsdiqləyəcək.

Bakıvaxtı.az xəbər verir ki, bununla bağlı məsələ parlamentin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasının günədliyinə daxil edilib.

Toplantıda deputatlar “Azərbaycan Respublikası Hökuməti ilə İsrail Dövləti Hökuməti arasında hava əlaqəsi haqqında” Sazişin təsdiq edilməsi barədə qanun layihəsini müzakirə edirlər.

Müzakirələrdən sonra sənədin parlamentin plenar iclasına tövsiyə olunacağı gözlənilir.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

10 Sentyabr 2026