• Bakı 12° C

    4.75 m/s

  • USD - 1.7

    EUR - 1.9328

    RUB - 2.0703

Moldova Prezidenti energetika nazirini vəzifəsindən azad edib

DÜNYA

05 Dekabr 2024 | 19:40

Moldova Prezidenti energetika nazirini vəzifəsindən azad edib

Moldova Prezidenti Maya Sandu Viktor Parlikovun energetika naziri vəzifəsindən geri çağırılması haqqında sərəncam imzalayıb.

Bakıvaxtı.az “İnterfaks”a istinadən xəbər verir ki, sənəd prezidentin rəsmi saytında dərc edilib.

“Viktor Parlikov energetika naziri vəzifəsindən istefa verir. Sərəncam imzalandığı gündən qüvvəyə minir”, - sərəncamın mətnində deyilir.

Xatırladaq ki, bu gün Moldovanın Baş naziri Dorin Reçan Parlikovun, “Energocom”un rəhbəri Viktor Bınzarinin və “Moldovagaz”ın Müşahidə Şurasının üzvü Sergey Tofilatın istefasını tələb etmişdi.


SON XƏBƏRLƏR

18 Aprel 2025