• Bakı 10° C

    2.93 m/s

  • USD - 1.7

    EUR - 1.8652

    RUB - 2.0757

Narkotikli halda maşın sürən şəxs saxlanıldı

HADİSƏ

29 Noyabr 2022 | 13:32

Narkotikli halda maşın sürən şəxs saxlanıldı

Baş Dövlət Yol Polisi İdarəsinin əməkdaşları tərəfindən noyabrın 26-da Masallı rayonu ərazisində yerləşən postda “Opel” markalı avtomobil saxlanılıb. 

Bakıvaxtı.az xəbər verir ki, polis əməkdaşları tərəfindən sürücü, Sumqayıt şəhər sakini Azər Əhmədzadənin narkotik vasitə qəbul etməsi müəyyən edildiyindən barəsində İnzibati Xətalar Məcəlləsinin 333.2-ci maddəsi ilə protokol tərtib edilib. 

Masallı rayon məhkəməsinin qərarı ilə A.Əhmədzadə 2 il müddətinə sürücülük hüququndan məhrum edilməklə 10 gün müddətinə inzibati qaydada həbs olunub.
 


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

27 Noyabr 2026