• Bakı 15° C

    4.66 m/s

  • USD - 1.7

    EUR - 1.9612

    RUB - 2.0928

NATO Baş katibinin köməkçisi: Azərbaycanla tərəfdaşlıq və dialoq müsbət inkişaf edir

SİYASƏT

07 Noyabr 2025 | 17:46

NATO Baş katibinin köməkçisi: Azərbaycanla tərəfdaşlıq və dialoq müsbət inkişaf edir

Azərbaycanla tərəfdaşlıq və dialoq müsbət inkişaf edir.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə NATO Baş katibinin Siyasi Məsələlər və Təhlükəsizlik Siyasəti üzrə köməkçisi Boris Ruge Təşkilatın nümayəndə heyətinin Azərbaycana səfəri ilə bağlı paylaşımında bildirib.

    Boris Ruge qeyd edib ki, NATO və Azərbaycan arasında tərəfdaşlıq və dialoqun bu qədər müsbət inkişaf etdiyini görməkdən məmnundur.

    Xatırladaq ki, NATO nümayəndə heyəti Azərbaycanda səfərdədir.

    Nümayəndə heyətinə Türkiyə, Yunanıstan, Macarıstan, Monteneqro, Niderland, Şimali Makedoniya, Norveç, Slovakiya, Sloveniya, İsveç, Çex, Portuqaliya, İspaniyanın NATO-dakı daimi nümayəndələri, eləcə də ABŞ və Fransanın NATO-dakı daimi nümayəndələrinin müavinləri daxildir.


    SON XƏBƏRLƏR