• Bakı 8° C

    4.64 m/s

  • USD - 1.7

    EUR - 1.8652

    RUB - 2.0757

Naxçıvan Daxili Qoşunlarının xüsusi təyinatlılarının təlimi keçirildi - VİDEO

SİYASƏT

12 Yanvar 2022 | 18:03 | Müəllif: Qalib İbrahimoğlu

Naxçıvan Daxili Qoşunlarının xüsusi təyinatlılarının təlimi keçirildi - VİDEO

Daxili Qoşunların “Naxçıvan” Əlahiddə Əməliyyat Briqadasının xüsusi təyinatlıları ilə taktiki-xüsusi təlim keçirilib.

Bu barədə Bakıvaxtı.az-a Əlahiddə Ümumqoşun Ordunun mətbuat xidmətindən bildirilib. Məlumata görə, taktiki-xüsusi təlimin ssenarisinə əsasən silahların, döyüş sursatlarının və partlayıcı maddələrin qaçaqmalçılığı, narkotik vasitələrin emalı və qanunsuz dövriyyəsi ilə məşğul olan mütəşəkkil cinayətkar dəstənin zərərsizləşdirilməsi məqsədilə Daxili Qoşunların “Naxçıvan” Əlahiddə Əməliyyat Briqadasının xüsusi təyinatlılarından ibarət qruplar antiterror əməliyyatına başlayıb.

Şərti adı “Köhnə fabrik” olan yaşayış məntəqəsində silahlı cinayətkarlarla mübarizədə müxtəlif silah nümunələrinin tətbiqi ilə yaxın məsafəli döyüş elementləri icra edilib və xüsusi təlim keçmiş xidməti itlərin köməyi ilə silahlar və narkotik vasitələr aşkar edilərək zərərsizləşdirilib.

Təlim zamanı qaçaqmalçılıqla məşğul olan terrorçulardan məhv edilənlərlə yanaşı, əsir götürülənlər də olub.


Naxçıvan Daxili Qoşunlarının xüsusi təyinatlılarının təlimi keçirildi - VİDEONaxçıvan Daxili Qoşunlarının xüsusi təyinatlılarının təlimi keçirildi - VİDEONaxçıvan Daxili Qoşunlarının xüsusi təyinatlılarının təlimi keçirildi - VİDEONaxçıvan Daxili Qoşunlarının xüsusi təyinatlılarının təlimi keçirildi - VİDEONaxçıvan Daxili Qoşunlarının xüsusi təyinatlılarının təlimi keçirildi - VİDEONaxçıvan Daxili Qoşunlarının xüsusi təyinatlılarının təlimi keçirildi - VİDEO
Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

28 Noyabr 2026