• Bakı 11° C

    3.7 m/s

  • USD - 1.7

    EUR - 1.8631

    RUB - 2.0562

Neft Daşlarında dalğanın hündürlüyü 4 metrə yaxınlaşır

CƏMİYYƏT

17 Oktyabr 2023 | 13:28

Neft Daşlarında dalğanın hündürlüyü 4 metrə yaxınlaşır

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətinin oktyabrın 17-si saat 13:00-a olan məlumatına əsasən əvvəlcədən xəbər verildiyi kimi bəzi yerlərdə güclü şimal-qərb küləyi əsir.

Xidmətdən Bakıvaxtı.az-a verilən xəbərə görə, küləyin maksimal sürəti arabir Naftalanda 30 m/s, Mingəçevirdə 26 m/s, Ağstafada 20 m/s, Yevlaxda 15 m/s, Bakıda və Abşeron yarımadasında isə 25-30 m/s-dək güclənib.

Neft Daşları stansiyasının verdiyi məlumata əsasən dalğanın hündürlüyü 3.6 metrə çatıb.
 


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

26 Noyabr 2026