• Bakı 10° C

    2.85 m/s

  • USD - 1.7

    EUR - 1.8652

    RUB - 2.0757

“Omikron”a yoluxanlara XƏBƏRDARLIQ - Yenidən xəstələnmə riski var

CƏMİYYƏT

06 Iyun 2022 | 13:24 | Müəllif: Qalib İbrahimoğlu

“Omikron”a yoluxanlara XƏBƏRDARLIQ - Yenidən xəstələnmə riski var

Qış aylarında koronavirusun "omikron" ştamına yoluxan insanlar yenidən xəstələnmə riski ilə üzləşib.

Bakıvaxtı.az xəbər verir ki, bunu Dyuk Universitetinin yoluxucu xəstəliklər üzrə mütəxəssisi Kemeron Vulf deyib.

Alimin ABŞ mediasında yer alan açıqlamasında bildirilir ki, son günlərdə Birləşmiş Ştatlarda yoluxma sayı artmağa başlayıb, bəzi bölgələrdə isə mart ayındakı yoluxma sayına çatıb. Həkimin sözlərinə görə, "omikron" keçirənlər yenidən eyni ştama yoluxa bilər.

Dyuk Universitetinin başqa bir həkimi Adia Ross isə koronovirusa görə xəstəxanaya yerləşdirilənlərin ya peyvənd olunmadığını, ya da xroniki xəstəlikləri olduğunu bildirib.

Əksəriyyət hesab edir ki, son günlər koronavirusa yoluxma sayında cüzi də olsa artımların olması vurulan vaksinlərin faydasızlığından irəli gəlir.

İnfeksionist Mərdan Əliyev Bakıvaxtı.az-a bildirib ki, peyvənd xəstəliyin daha yüngül keçirilməsi üçündür: “Düzdür, qızılca, suçiçəyi kimi xəstəliklərə qarşı peyvəndlər çox güclü şəkildə qoruyur. Amma əksər hallarda peyvənd orqanizmdə immunoloji yaddaş hüceyrələrinin yaradılması və xəstəliyin çox yüngül keçirilməsinə səbəb olur. Bəzən xəstəlik elə keçirilir ki, xəstə onu hiss etmir. Təbii ki, yoluxmanın qarşısını da ala bilir. Yəni, immunitet o qədər yaxşı olur ki, virus orqanizmə düşür və tez bir zamanda məhv olur. Nəticədə, insan xəstələnmir”.

Onun sözlərinə görə, amma koronavirusda əksər hallarda belə olmur. Belə ki, COVID-19-a qarşı peyvənd olunan şəxslər yenidən yoluxa bilər, ancaq onlarda artıq immunoloji yaddaş hüceyrələri olduğu üçün tez bir zamanda antitellər sitez edir və xəstəliyin qarşısı alınır: “Yəni, COVID-19-da proses belə işləyir, ona görə təbii yoluxma olur, xəstəlik çox yüngül şəkildə keçir”.

İnfeksionist vurğulayıb ki, lakin hər peyvənd olunan şəxs də koronavirusu yüngül keçirmir: “Bəzi şəxslərin immun sistemi zəifdir, qəbul etdiyi müəyyən dərman preparatları, xroniki xəstəliyi immunitetin əmələ gəlməsinin qarşısını alır. Belə olan halda, peyvənd olunan şəxslər xəstəliyi ağır keçirə bilərlər. Bütün bunlara baxmayaraq, əgər şəxs xəstəliyi bir dəfə keçiribsə, ikinci dəfə bu xəstəlik yüngül keçirilir. Yəni, belə bir hal mövcud deyil ki, ikinci dəfə yoluxan şəxs birinci səfərdəkindən ağır keçirsin. Bu, tibbi baxımdan da uyğun deyil”.

Aytac Aslan


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

27 Noyabr 2026