• Bakı 12° C

    6.46 m/s

  • USD - 1.7

    EUR - 1.8548

    RUB - 2.0745

Ötən ay azad edilən ərazilərdə tapılan minaların sayı

CƏMİYYƏT

01 Noyabr 2022 | 17:04

Ötən ay azad edilən ərazilərdə tapılan minaların sayı

Azərbaycan Minatəmizləmə Agentliyi (ANAMA) işğaldan azad edilmiş ərazilərdə icra olunan minatəmizləmə əməliyyatları zamanı ötən ay 1834 mina aşkarlanıb.

ANAMA-dan Bakıvaxtı.az-a verilən məlumata görə, oktyabrın 1-dən 31-dək Tərtər, Ağdam, Xocavənd, Füzuli, Şuşa, Qubadlı, Cəbrayıl və Zəngilanda aparılan minatəmizləmə əməliyyatları zamanı piyada əleyhinə 1373, tank əleyhinə 461 mina və 2301 partlamamış hərbi sursat aşkarlanaraq zərərsizləşdirilib.

Nəticədə 3246 hektar ərazi mina və partlamamış hərbi sursatlardan təmizlənib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

24 Noyabr 2026