• Bakı C

    2.79 m/s

  • USD - 1.7

    EUR - 1.789

    RUB - 1.5962

Pakistan nümayəndə heyəti Azərbaycandadır

COP29

11 Noyabr 2024 | 15:19

Pakistan nümayəndə heyəti Azərbaycandadır

Pakistanın Baş nazirinin iqlim dəyişikliyi və ətraf mühit üzrə koordinatoru Romina Xurşid Alamın rəhbərlik etdiyi nümayəndə heyəti COP29-da iştirak etmək üçün Bakıdadır.

Bakıvaxtı.az xəbər verir ki, nümayəndə heyəti İqlim Dəyişiklikləri Nazirliyinin parlament katibi Atiqur Rəhman, vəzifəli şəxslər, tədqiqatçılar, alimlər və digər iqlim ekspertlərindən ibarətdir.

Romina Xurşid Alam konfrans zamanı Pakistanın iqlimə uyğunlaşması və ekoloji sabitliyi üçün ölkədə görülən adaptasiya tədbirlərini diqqətə çatdıracağını bildirib. O, həmçinin Bakıda ətraf mühitin maliyyələşdirilməsinin gündəliyini irəli sürmək üçün müxtəlif ölkələrin nümayəndə heyətləri ilə görüşlər keçirəcək.

 


SON XƏBƏRLƏR

02 Dekabr 2024