• Bakı 9° C

    3.43 m/s

  • USD - 1.7

    EUR - 1.8652

    RUB - 2.0757

“Yoluxma arta bilər” - İnfeksionistən XƏBƏRDARLIQ

CƏMİYYƏT

19 Sentyabr 2022 | 12:33 | Müəllif: Qalib İbrahimoğlu

“Yoluxma arta bilər” - İnfeksionistən XƏBƏRDARLIQ

“Hazırda koronavirusla bağlı vəziyyət daha yaxşıdır. Çünki həm Azərbaycanda, həm də bütün dünya üzrə virusa yoluxma sayında enmə müşahidə edilir. Amma bu, hələ virusun bitməsi demək deyil, pandemiyanın bitdiyini demək tezdir”.

Bunu Bakıvaxtı.az-a infeksionist Mərdan Əliyev deyib.

Qarşıdan payız fəslinin gəldiyini xatırladan infeksionist hesab edir ki, bu fəsildə yoluxma sayında artım müşahidə edilə bilər. Onun sözlərinə görə, lakin bu, çox ciddi artıma səbəb olmayacaq.

M.Əliyev bildirib ki, Azərbaycanda əksəriyyət yay aylarının sonlarından başlayaraq xəstəliyə yoluxmağa başlayıb: “Yoluxanlar xəstəliyi yüngül keçirdiyi üçün xəstəxanalar çox yüklənmədi. Bu, çox yaxşıdır ki, bir neçə ay ərzində hər gün müəyyən sayda yoluxub sağalanlar var”.

Müsahibimiz qeyd edib ki, yoluxanlar immun sistemi zəifləmiş, əvvəl peyvənd olmamış və yaxud xəstəliyi keçirməyənlərdir: “Təbii ki, peyvənd olunanlar da, xəstələnənlər də təkrar xəstələnir. Belə olanda əhali yenidən immunitet əldə edir. Təbii şəkildə, karantin olmadan yoluxmanın azalması onu göstərir ki, artıq pandemiyanın sonuna yaxınlaşırıq. Yəni, artıq kollektiv immunitet tam əldə olunub”.

Bununla beıə, o, payız fəslində həm kəskin respirator virus infeksiyalarının, həm də koronavirusun arta biləcəyini ehtimal edir. Deyur ki, hava bunun üçün əlverişli şərait yaradır.

“Ona görə də payız mövsümündə diqqətli olmalıyıq. Digər karantin qaydaları gözlənilmir, olacağını da düşünmürəm, amma maska tövsiyə xarakterli də olsa gündəmdə olacaq. Xəstəliyə yoluxmaq istəmiriksə, maskanı fərdi şəkildə istifadə etməliyik. Risk qrupuna daxil, xroniki xəstəliyi olan şəxslər üçün bu xəstəlik hələ də təhlükəlidir”, - deyə Mərdan Əliyev əlavə edib.

Aytac Aslan


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR