"Peşə təmayüllü siniflər" 2019-2020-ci tədris ilindən Elm və Təhsil Nazirliyinin dəstəyi ilə fəaliyyətə başlayıb.
Bakıvaxtı.az xəbər verir ki, bunu “Peşə təmayüllü siniflərin təşkili” layihəsinin rəhbəri Xanım Şabanova deyib.
“2023-2024-cü tədris ilindən ölkə üzrə 196 məktəbdə 232 sinif olmaqla 4178 şagirdi əhatə edir.
X-XI sinif şagirdləri üçün nəzərdə tutulan "Peşə təmayüllü siniflər"in layihənin məqsədi ümumi orta təhsil bazasında təhsilalanların müxtəlif peşələr üzrə ilkin bilik və bacarıqlara yiyələnməsinə şərait yaratmaq, eləcə də peşə təhsilinə hazırlanmasıdır.
Peşə təmayüllü siniflərdə təhsil almaq üçün 9-cu sinfi bitirdikdən sonra ərizə ilə peşə təmayüllü siniflərin yerləşdiyi məktəblərə müraciət etmək lazımdır.
Peşə təmayüllü siniflərə keçid, bu siniflərdə təhsil almaq tamamilə ödənişsizdir. Peşə təmayüllü siniflərdə mebel-quraşdırma, dülgər, çilingər, kombi-kondisioner, help-desk, qrafik dizayner, kompüter operatoru, aşpaz, qənnadçı, dərzi, bərbər, aqronom ixtisasları tədris olunur”.
Aytac Aslan
















