• Bakı 8° C

    2.52 m/s

  • USD - 1.7

    EUR - 1.8652

    RUB - 2.0757

Prezidentdən  Horadiz – Zəngilan avtomobil yolu ilə bağlı SƏRƏNCAM

SİYASƏT

26 May 2023 | 14:01

Prezidentdən Horadiz – Zəngilan avtomobil yolu ilə bağlı SƏRƏNCAM

Zəngilan rayonunda Horadiz – Zəngilan avtomobil yolunun əsaslı təmirinə vəsait ayrılıb.

Bakıvaxtı.az xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı sərəncam imzalayıb.

Sərəncama əsasən, Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Zəngilan rayonunun ərazisində 61 km uzunluğunda mövcud Horadiz – Zəngilan avtomobil yolunun əsaslı təmiri işlərinin həyata keçirilməsi üçün Azərbaycan Respublikasının 2023-cü il dövlət büdcəsində nəzərdə tutulmuş Prezidentin ehtiyat fondundan Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə 31,4 milyon manat ayrılıb.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

27 Noyabr 2026