"Rusiya Prezidenti Vladimir Putin ABŞ-a diplomatik missiyaların fəaliyyəti ilə bağlı məhdudiyyətləri ləğv etməyi təklif edib".
Bakıvaxtı.az-ın RİA-Novosti-yə istinadən məlumata görə, bu barədə Kremlin mətbuat xidməti bildirib.
Məlumata görə, Rusiya tərəfi diplomatik missiyaların fəaliyyəti ilə bağlı bütün məhdudiyyətləri ləğv etməyi təklif edib ki, bu da ikitərəfli münasibətlərin digər aspektlərinin normallaşmasına xidmət edə bilər.
Qeyd edək ki, Rusiya Prezidenti Vladimir Putinvə ABŞ Prezidenti Co Bayden arasında danışıqlar dekabrın 7-də onlayn formatda baş tutub və iki saata yaxın davam edib. İki ölkənin liderləri Ukrayna, kibertəhlükəsizlik, strateji sabitlik, İran və bir sıra digər məsələləri müzakirə ediblər.
Ramid İbrahimov














jpg-1641478571.webp)

