• Bakı 25° C

    1.2 m/s

  • USD - 1.7

    EUR - 1.9904

    RUB - 2.0972

Qazaxıstanda zəngin qızıl yatağı tapıldı

İQTİSADİYYAT

01 Sentyabr 2025 | 22:03

Qazaxıstanda zəngin qızıl yatağı tapıldı

Qazaxıstan təbii ehtiyatlar sahəsində mühüm kəşfi açıqlayıb: 38 yeni faydalı qazıntı yatağı, o cümlədən 19 ton qızıl və əhəmiyyətli nadir torpaq metalların ehtiyatları aşkar edilib.

Bakıvaxtı.az Qazaxıstan mətbuatına istinadla xəbər verir ki, “Minerals” jurnalında dərc olunan tədqiqatın nəticələri bu ilin birinci rübündə əldə edilib.

Əsas kəşflərdən biri Astanadan 420 km aralıda, Karaqanda vilayətinin Kuyrıktikol rayonunda yerləşən “Jana-Qazaxıstan” geoloji zonasındakı nadir torpaq elementləri yatağı olub.

Qazaxıstan Sənaye və Tikinti Nazirliyinin qiymətləndirmələrinə görə, Yerin təkində elektromobillərin, külək turbinləri, elektronika və müdafiə texnologiyalarının istehsalı üçün vacib elementlərlə zəngin 20 milyon tondan çox filiz var. Nadir torpaq metallarının orta miqdarı 1 ton üçün təxminən 700 qram olaraq qiymətləndirilir ki, bu da yüksək göstərici hesab edilir.

Məlumatlar tam təsdiq olunarsa, Qazaxıstan nadir torpaq metallarının ehtiyatlarına görə Çin və Braziliyadan sonra dünyada üçüncü yeri tuta bilər.


SON XƏBƏRLƏR

01 Sentyabr 2025