Qaqauziya rəhbəri Yevgeniya Qutsulun müdafiəçiləri istintaq təcridxanasına onun ziyarətinə icazə verilməsini tələb edirlər.
Bakıvaxtı.az TASS-a istinadən xəbər verir ki, nümayişçilər bir neçə gündür Kişinevdə etiraz aksiyası keçirir və “Qutsul üçün azadlıq” şüarı səsləndirirlər.
Qutsul müxalif “Şor” partiyasının maliyyələşdirilməsi ilə bağlı ittihamları rədd edir və işin siyasi motivli olduğunu bildirir.
Qeyd edək ki, onun həbsindən sonra Qaqauziya və Moldova hakimiyyəti arasında gərginlik artıb, Qaqauzlar regionun Rusiya ilə əlaqələrini gücləndirmək istəyirlər.
Prezident Maia Sandu isə Qutsulu hökumət üzvü kimi təsdiq etməkdən imtina edib.
Əli Hüseynov