• Bakı 18° C

    2.87 m/s

  • USD - 1.7

    EUR - 1.9069

    RUB - 2.0032

Rusiya hərbi gəmiləri öz bazalarını tərk etdi

DÜNYA

05 Iyun 2023 | 16:47

Rusiya hərbi gəmiləri öz bazalarını tərk etdi

Baltik dənizində və Kalininqrad vilayətində yerləşən hərbi poliqonlarda Rusiya Federasiyasının Baltik Donanmasının təlimləri başlayıb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə donanmanın mətbuat xidmətindən məlumat verilib.

Qeyd olunub ki, təlimlərə Baltik Donanmasının komandanı, vitse-admiral Vladimir Vorobyov rəhbərlik edir. İyunun 15-dək davam edəcək manevrlər zamanı dəniz kommunikasiyaları və donanma baza nöqtələri istiqamətində təlimlərin keçirilməsi planlaşdırılır.

Ümumilikdə təlimlərə 40-a yaxın suüstü döyüş gəmisi, kater və dəstək gəmisi qatılıb. Bundan əlavə, təlimlərə 2 500-dən çox hərbi qulluqçu, 25-ə qədər təyyarə və helikopter, 500-ə qədər xüsusi texnika da cəlb olunub.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

07 Oktyabr 2026