Milli Moldova Partiyasının lideri Draqos Qalbur Moskvanın Dnestryanıda prezident seçkilərində səs vermək üçün seçki məntəqələrini açması ilə əlaqədar respublika hakimiyyətini Rusiya səfiri Oleq Vasnetsovu ölkədən qovmağa çağırıb.
Bakıvaxtı.az xəbər verir ki, bubarədə “NewsMaker” məlumat yayıb.
Qalburun sözlərinə görə, bu, açıq-aşkar hörmətsizlik aktı və beynəlxalq hüququn pozulmasıdır:
“Milli Moldova Partiyası Rusiyanın təxribatçı hərəkətlərini qəti şəkildə pisləyir və bunları Moldovanın suverenliyinə və müstəqilliyinə təhqir hesab edir. Bu səbəbdən biz mərkəzi hakimiyyət orqanlarını qətiyyətli addım atmağa və Rusiya səfiri Oleq Vasnetsovu dərhal ölkədən qovmağa çağırırıq”.
Qeyd edək ki, bundan əvvəl Moldova Xarici İşlər Nazirliyi Dnestryanı Moldova Respublikasının (PMR) ərazisində Rusiya Federasiyasında prezident seçkiləri üçün seçki məntəqələrinin yaranması ilə əlaqədar Rusiya nümayəndəsinə etiraz edib. Nazirliyin fikrincə, Rusiya hakimiyyətinin hərəkətləri beynəlxalq hüququn kobud şəkildə pozulmasıdır.
Günəş Mərd
















