Rusiyanın Kabildəki səfiri Dmitri Jirnov Əfqanıstanda Talibana alternativ olmadığını deyib.
Bakıvaxtı.az xəbər verir ki, bunu səfir "Soloviev Live"ın "YouTube" kanalının efirində rusiyalı diplomat bildirib. O, həmçinin bildirib ki,bu təkcə paytaxtı deyil, bütün ölkəni idarə edən bir reallıqdır.
Jirnovun sözlərinə görə, Taliban əleyhinə olan müxalifət əfqanların dəstəyindən istifadə etmir: "Eyni zamanda, Taliban Rusiyanın iqtisadiyyatda, o cümlədən mineral ehtiyatlarının işlənməsində iştirakına açıqdır. Mərkəzi Asiya ölkələri ilə nəqliyyat və enerji layihələri qurmaqda maraqlıdır".
Rusiya səfiri hesab edir ki, Taliban Pəncşirdəki vəziyyəti güc yolu ilə həll etməyə çalışmır: “Əgər Taliban Pəncşir problemini güc yolu ilə həll etmək istəsəydi, düşünürəm ki, bir gün onlar üçün kifayət edər. Pəncşir çox kiçikdir".
Bundan əlavə, Jirnov Talibanın şiələrə qarşı ilk addımlarını ümidverici adlandırıb və Aşura günündə gedişlər zamanı Taliban şiələri sui-qəsddən qoruduğunu qeyd edib: "Avqustun 19 -da Kabulda və Əfqanıstanın bir çox digər şəhərlərində şiələr dini Aşura gününü qeyd etdilər və 20 ildə ilk dəfə heç bir şiə incidilmədi, partlatmadı, öldürmədi və güllələmədi".
Səfir Talibanın şiələrə münasibətini "lakmus testi" hesab edir. Onun sözlərinə görə, Taliban bu dəfə şiələri İŞİD-ın ehtimal olunan hücumlarından qorudu.
Tərcümə şöbəsi
Bakıvaxtı.az
















