Rusiyada son sutka ərzində koronavirusa 10 083 yeni yoluxma halı qeydə alınıb.
Bakıvaxtı.az xarici mətbuata istinadən xəbər verir ki, ölkə üzrə virusa yoluxanların sayı 4 390 60 nəfərə çatıb.
Rusiyada son bir gündə 395 pasiyent vəfat edib, pandemiya qurbanlarının ümumi sayı 92 090 nəfərdir. İndiyədək 3 995 129 xəstə sağalıb.
Qeyd edək ki, Rusiya koronavirusa yoluxma hallarının sayına görə dünyada dördüncü yerdədir.
















